Ancaq “Rabitə”də! - FOTO
20.07.2011 - 12:40
Bakının “Rabitə” voleybol klubu peşəkarlıq yolunda daha bir uğurlu addım atıb. Apasport.az saytının məlumatına görə, Super Liqasının qalibi Azərbaycan klubları arasında ilk dəfə xüsusi voleybol aparatı almaqla, məşqlərinin texniki səviyyəsini daha da yüksəldəcək.
İtaliyanın “Globus Italia S.R.L” şirkətindən əldə olunan universal avadanlıq müxtəlif voleybol elementlərini xüsusi tənzimlənmə vasitəsi ilə icra edilir. Bu zaman məşqlərin səviyyəsini daha da yüksək olur, top qəbulu, müdafiə kimi oyun komponentlərində voleybolçuların ustalıqlarının artmasına kömək edir.
Fərqli rakurslardan, müxtəlif dərəcə tənzimlənməsi ilə hücum, servis, ötürücü funksiyalarını avtomatik icra edən bu aparat son zamanlar voleybol aləminə bəxş edilmiş ən mükəmməl töhfələrdən biri hesab olunur.
Yeni baş məşqçi Zoran Qayiçin istəyi ilə əldə olunan avadanlıq artıq Bakıya gətirilərək “Rabitə” klubunun bazasında yerləşdirilib.

0
0