Mahmud Qurbanovdan “Xəzər Lənkəran”a dəstək və inam
20.07.2011 - 13:13
“Cavab oyununda “Xəzər Lənkəran”in qalib gələcəyinə inanıram. Birinci oyuna baxdım. Ümumi götürdükdə pis təsir bağışlamadılar”. Bu sözləri apasport.az saytına açıqlamasında ölkənin ən titullu futbolçusu Mahmud Qurbanov deyib.
Bir vaxtlar “Xəzər Lənkəran”ın uğurları üçün tər tökən və əyalət təmsilçisi ilə çempionluq sevinci yaşayan Qurbanov kapitan sarğısını daşıdığı sabiq komandasının Avropa Liqasında mərhələ adlayacağını düşünür. İlk oyunu izlədiyini deyən yarımmüdafiəçinin fikrincə, Təl-Əvəvdə qeydə alınan hesab heç də faciəvi deyil: “1:3 hesabı pis nəticə deyil. Səfərdə vurulan bir qol böyük əhəmiyyət daşıyır. Ona görə də Lənkəranda uğurlu nəticə qazanacağımızı gözləyirəm”.
Səfərdəki məğlubiyyətdə əyalət təmsilçisinin öz səhvlərinin olduğunu bildirən 37 yaşlı futbolçu cavab qarşılaşmasında buna yol verməməyin vacibliyini vurğulayıb: “Xəzər Lənkəran” oyunun əvvəlində özünü itirdi. Öz səhvlərindən qollar buraxdı. Ancaq ikinci hissədə daha yaxşı oynamışdı. Fikrimcə, doğma meydanda da bu cür oynamaq lazımdır”.
Rəqibin üstünlüyü barədə də danışan Qurbanov məsləhətləri də oldu: “Makkabi” sürətli oynayır və yaxşı top saxlayır. Buna diqqət yetirmək lazımdır”.

0
0