“Neftçi” üçün “ağ-qara” STATİSTİKA
20.07.2011 - 13:01
“Neftçi” üçün “ağ-qara” STATİSTİKA
“Neftçi” Çempionlar Liqasındakı bərbad oyunu ilə bütün Azərbaycanı məyus etdi. Apasport.az saytının məlumatına görə, Zaqreb “Dinamo”su ilə Bakıdakı cavab matçında da Arif Əsədovlu ”ağ-qaralar”ın səviyyəsi qabarıq tərzdə üzə çıxdı.

Bəlkə də indi baş məşqçi və “silahdaşları” zədələrdən, rəqibin gücündən və ya “yaxşı oynadıq” tipli nağıllar uyduracaq. Lakin fakt faktlığında qalır. Faktlar isə çox açıq şəkildə UEFA-nın rəsmi saytında əks olunub.







Neftçi
Dinamo Zaqreb
0
Qollar
0
2
Çərçivəyə zərbələr
6
1
Qeyri-dəqiq zərbələr
3
4
Künc zərbələri
7
8
Oyundan kənar vəziyyət
1
13
Qayda pozuntuları
14
0
Sarı vərəqələr
2
0
Qırmızı vərəqələr
0


Düzdür, Əsədov və müdafiəçiləri rəqibin kobudluğunu (sarı vərəqələr sayında və qayda pozuntusunda) önə çəkə bilər. İddia edə bilər ki, rəqib daha çox qayda pozub, biz isə daha çox ofsayda düşmüşük. Digər göstəricilərdəki fərq isə çempionumuzu elə ofsaydda qoydu.

Müqayisə üçün ilk görüşə baxsaq görərik ki, “Neftçi” səfərdə daha yaxşı oynayıb. Bakıda antifutbol oynayıb. Meydana uduzmamaq üçün çıxan komandamız daha çox – 7 dəfə qapı istiqamətində zərbə endirmişdi. Düzdür, hədəfə 1 dəfə düşmüşdü. Bakıda isə cəmi 3 zərbə.

İlk oyun

Dinamo Zaqreb
 
Neftçi
3
Qollar
0
6
Çərçivəyə zərbələr
1
5
Qeyri-dəqiq zərbələr
6
5
Künc zərbələri
4
1
Oyundan kənar vəziyyət
3
11
Qayda pozuntuları
13
3
Sarı vərəqələr
4
0
Qırmızı vərəqələr
0


İki oyunun göstəricilərini cəmlədikdə isə biabırçı rəqəmlər alınır. Ümumi zərbə sayında 2 dəfə (20:10), çərçivəyə düşənlərdə isə 4 dəfə (12:3) üstün olan “Dinamo”nu yalnız oyundankənar vəziyyətlərdə üstələmişik. Sanki işi peşəsi ofsaydda oturmaq olan “offsaydşik”lərimiz qapının harada olduğunu da unudublar. 2 matçda çərçivəyə 3 dəfə düşən komandamız 180 dəqiqə ərzində qapını tapa bilməyib. Bu isə o deməkdir ki, Əsədovun komandası 1 saatdan 1 qapıya düşür.

Neftçi
 
Dinamo Zaqreb
0
Qollar
3
3
Çərçivəyə zərbələr
12
7
Qeyri-dəqiq zərbələr
8
8
Künc zərbələri
12
11
Oyundan kənar vəziyyət
2
26
Qayda pozuntuları
25
4
Sarı vərəqələr
5
0
Qırmızı vərəqələr
0