“Qalatasaray” Uruqvay millisinin qapıçısı ilə 5 illik müqavilə imzaladı
20.07.2011 - 13:20
Uruqvay millisinin qapıçısı Fernando Musleranın “Qalatasaray” klubuna keçidi rəsmiləşib. Apasport.az-ın məlumatına görə, “Cim Bom”un rəsmi saytı “Latsio”nun 25 yaşlı qapıçısını transfer etmələri barədə informasiya yerləşdirib. İstanbul təmsilçisi xeyli vaxtdır danışıqlar apardığı Muslera ilə 5 illik müqavilə imzalayıb. Legionerin illik məvacibi 2 milyon avro təşkil edəcək.
Qeyd edək ki, Muslera millisinin heyətində ötən il 4-cü olduğu dünya çempionatında olduğu kimi, hazırda keçirilən “Amerika kuboku” turnirində uğurla çıxış edir. O, Argentina yığması ilə 1/4 final oyununda Karlos Tevesin penalti zərbəsini dəf edərək, yığmasını yarımfinala çıxardı. Artıq finala çıxan uruqvaylılar həlledici görüşdə rəqibini gözləyir.

0
0