“Xəzər Lənkəran”ın sabiq futbolçusundan yeni rekord!
20.07.2011 - 14:12
“Xəzər Lənkəran”ın sabiq futbolçusundan yeni rekord!
“Xəzər Lənkəran”ın sabiq futbolçusu Hristu Kiaku yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, 25 yaşını hələ sentyabrda qeyd edəcək rumıniyalı yarımmüdafiəçi “Çahlaul” klubuna keçib.

Müqavilə ilə Buxarest “Dinamo”suna məxsus olub icarəyə verilən Hristu bununla da qeyri-adi göstəriciyə imza atıb. Belə ki, Azərbaycan kubokunun qalibi 8 il əvvəl başlayan karyerasında 11-ci komandada oynayacaq. İndiyədək 10 klubda forma geyən Kiakunun hələ karyerasının təxminən irəlidə olduğunu nəzərə alsaq, o bu rəqəmi 20-yə də çatdıra bilər.

Qeyd edək ki, Kialu “Unirea”, “Elektromaqnetika”, “Nasional”, “Dinamo”, “Daçiya”, “Astra”, “Timişoara”, “Otopeni”, Polşada “Visla”, Azərbaycanda “Xəzər Lənkəran”ın formasını geyib. O, bir komandada ən çoxu 21 oyun keçirib.