“Meydana elə çıxacağıq ki, sanki ilk qarşılaşma qolsuz bitib”
20.07.2011 - 14:35
“Xəzər Lənkəran”la ilk oyunda müdafiə xəttimizdə problemlər var idi, anlaşma yaxşı səviyyədə deyildi. Bu üzdən Nivaldo ilə Savo Paviçeviçə tapşırdım ki, öz aralarında və mənimlə anlaşmaya diqqət yetirsinlər”. Apasport.az saytının məlumatına görə, bu sözləri İsrailin “Makkabi” klubunun qapıçısı Qay Haimov deyib.
Təl-Əviv təmsilçisinin qapıçısı Avroliqanın II təsnifat mərhələsinin ilk qarşılaşması haqda fikirlərini açıqlayıb: “Bu cütlüklə oynamaq mənim üçün yenilik idi. Düşünürəm ki, vaxt keçdikcə hər şey düzələcək. Təl-Əvivdəki qarşılaşmanın ikinci hissəsində zəif oynadıq. Elə an oldu ki, topu rəqibə daha çox hədiyyə etdiyimizi görürdüm. İkinci qolu buraxmağı heç istəmirdim. Belə ab-havada oynamaq çox xoş idi. Oyunun dəyərini dərk etdikcə, bu formanı geyməyimlə fəxr edirəm”.
Haimov sabah Lənkəranda keçiriləcək cavab oyunu barədə də iddialı danışıb: “Bundan sonra da 1 nömrəyə layiq olduğumu sübut etməyə çalışacağam. Lakin vacib olanı budur ki, qalib gələ bildik. İndi isə yavaş-yavaş artırırıq. Mənə elə gəlir ki, ilk oyunda əldə etdiyimiz 2 top üstünlüyü bizə kifayət etməlidir. Lakin buna əhəmiyyət verməyib, meydana elə çıxacağıq ki, sanki ilk qarşılaşma qolsuz bitib”.

0
0