Berti Foqts millini bir araya gətirir
20.07.2011 - 14:42
Berti Foqts millini bir araya gətirir
Azərbaycan millisinin növbəti təlim-məşq toplanışın vaxtı müəyyənləşib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Makedoniya yığmasının ilə keçirəcək beynəlxalq yoldaşlıq oyununa hazırlığıq avqustun 1-də start götürəcək.

4 gün davam edəcək məşqlərdən sonra toplanışda fasilə yaranacaq və Berti Foqts yenidən komandanı 8-dən 10-dək bir araya yığacaq. Təlim-məşq toplanışı Bakıda keçiriləcək.

Qeyd edək ki, Azərbaycan – Makedoniya görüşü avqustun 10-da “Dalğa Arena”da olacaq.