Mirça Rednik konfransa hazırlaşır
20.07.2011 - 15:07
Bu gün “Xəzər Lənkəran” və “Makkabi” (Tel Əviv) Avroliqanın II təsnifat mərhələsinin cavab oyunu öncəsi son məşqlərini keçirəcək. Apasport.az saytının məlumatına görə, komandaların baş məşqçilərinin hazırlıqdan əvvəl mətbuat konfrasları baş tutacaq.
“Xəzər Lənkəran”ın çalışdırıcısı Mirça Rednik bu gün saat 17:30-da mətbuat nümayəndələrinin önünə çıxacaq. Saat 18:30-da isə komanda Lənkəran şəhər Mərkəzi Stadionunda oyun öncəsi məşqinə çıxacaq.
Saat 19:30-da “Makkabi” (Tel Əviv) klubunun baş məşqçisinin mətbuat konfransı keçiriləcək, bir saat sonra isə qonaq komanda qarşılaşma baş tutacaq meydanda məşqini keçirəcək.
“Xəzər Lənkəran” – “Makkabi” (Tel Əviv) oyunu sabah saat 20:30-da başlayacaq.
Qeyd edək ki, ilk görüşdə Lənkəran təmsilçisi 1:3 hesabı ilə uduzmuşdu.

0
0