Vaqif Cavadov “Volqa”nın məşqində - FOTOSESSİYA
20.07.2011 - 15:38
Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadov çıxış etdiyi Rusiyanın “Volqa” klubu Premyer Liqada MOİK-lə sabahkı ev oyununa hazırlığı yekunlaşdırır. Apasport.az saytının məlumatına görə, hücumçumuz bu gün səhər Nijni-Novqorodda görüş öncəsi məşqdə iştirak edib.
Dmitri Çerışevin yetirmələri məşqə adəti üzrə isinmə hərəkətləri ilə başlayıb. Bundan sonra estafet, toplu çalışmalar və məhdud sahədə ikitərəfli oyun olub. “Volqa”nın futbolçuları paltardəyişmə otağına yollanmamışdan öncə qapıya zərbələr üzərində işləyiblər.
Qeyd edək ki, Çerışev yeni futbolçuları, o cümlədən Cavadovu sifariş edə bilmədiklərinə görə avqusta kimi rəsmi oyunlarda xidmətlərindən istifadə etməyəcəklərini açıqlayıb.

0
0