Dünyanın diqqətini özünə çəkdi, cəzadan canını qurtardı
20.07.2011 - 16:28
Dünyanın diqqətini özünə çəkdi, cəzadan canını qurtardı
Birləşmiş Ərəb Əmirlikləri milli komandasının futbolçusu Teyyab Avana dünyada böyük əks-səda doğuran olaydan canını yaxşı qurtarıb. Apasport.az saytının məlumatına görə, ərəb futbolçunun Livanla yoldaşlı görüşündəki hərəkəti – dabanı ilə penalti zərbəsini vurması rəqibə hörmətsizlik kimi dəyərləndirilsə də, cəzadan yaxa qurtarıb.

Hesab 5:2 olarkən penalti zərbəsini yerinə yetirən Avana topa çatar-çatmaz arxasını çevirib dabanla qapını nişan alıb. Gözlənilməz zərbə qolla nəticələnəndən sonra isə futbolçunun gülməyi livanlıları qəzəbləndirib. Onlardan bir neçəsi yarımmüdafiəçinin hərəkətinin onlara qarşı hörmətsizlik olmasını önə çəkib.

Belə hərəkətinə görə futbolçunun cəzalanacağı, ən yaxşı halda isə pul cəriməsi ödəyəcəyi ehtimal olunurdu. Ancaq BƏƏ millisinin keçirdiyi toplantıda qərara alınıb ki, futbolçu nə cəzalandırılsın, nə də ona cərimə kəsilsin. Ancaq bununla belə, BƏƏ yığmasının tanınmış baş məşqçisi Sreçko Katanetsin Avaneyə başqa sanksiya etmək hüququ qalır.