AZAL “Santa Klara”nın futbolçusunu bəyənmədi
20.07.2011 - 16:44
AZAL “Santa Klara”nın futbolçusunu bəyənmədi
AZAL baxışa çağırdığı portuqaliyalı futbolçunu bəyənməyib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 3 gün öncə komandanın düşərgəsinə gələn Lezico da Silva Dioqo sınaqdan keçə bilməyib.

Dünən “Fulad”la qarşılaşan AZAL-ın heyətində baxışdan keçirilən portuqaliyalı müdafiəçi məşqçilərin etimadını doğrultmayıb.

Qeyd edək ki, Dioqonun sonuncu klubu Portuqaliyanın 1-ci divizionun təmsilçisi “Santa Klara” olub.