Vüqar Nadirov: Ürəyimə damıb ki, “Streymur”a qol vuracağam
20.07.2011 - 17:12
“Streymur”la matçın hazırlığını yekunlaşdırmaq üzrəyik. Səfərdə heç-heçə etdiyimiz komandanın oyununu bir daha təhlil etmişik. Özümüzü görüşə tam hazır sayırıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun futbolçusu Vüqar Nadirov deyib.
Avroliqanın II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində sabah Farer adalarının “Streymur” klubunu qəbul edəcək “Qarabağ” səfərdə 1:1 hesablı bərabərliyə qalıb. Son 3 ildə qazandığı nəticələrlə futbolsevərlərimizi sevindirən Ağdam təmsilçisi sərfəli nəticə sayəsində qazandığı üstünlükdən istifadə edərək, seriyanı davam etdirmək niyyətindədir.
Rəqibin maraqlı komanda olduğunu düşünən Nadirov bunu ilk oyunda göstərdiklərini bildirib. O, “Streymur”un zəif komanda olması ilə bağlı səsləndirilən fikirlərlə razılaşmayıb: “Futbolda hər şey ola bilir. Çoxları “Streymur”u zəif komanda adlandırırdı. Ancaq heç də belə deyil. Son dəqiqəyə qədər mübarizə aparırlar. Təəssüf ki, hesabdakı üstünlüyümüzü sona qədər qoruyub, saxlaya bilmədik. İlk oyunda buraxdığımız səhvləri təkrarlamamalıyıq. Bütün diqqətlərin üzərimizdə olduğunu bilirik. Hamı səfərdəki nəticəyə əsasən bizdən qələbə gözləyir. Hansısa səhvə yol verməməliyik. Buraxacağımız kiçik bir səhv oyunu onların xeyrinə dəyişə bilər. Əvvəlki oyunlarda olduğu kimi, bu görüşdə də meydana qələbə qazanmaq üçün çıxacağıq”.
Vüqar ilk mərhələdə Litvada “Banqa” üzərində 4:0 hesabı ilə qalib gəldiyimiz oyunda dubl etdi. “Banqa” və “Streymur”u müqayisə edən 24 yaşlı futbolçu qələbəyə öz qolu ilə töhfə vermək istədiyini bildirib: “Streymur” texnikalı komandadır. Həm də fiziki gücünü görə “Banqa”dan kəskin fərqlənir. Sona qədər mübarizə aparmaları da məhz bunun göstəricisidir. Əsasən uzun ötürmələrdən istifadə edirlər. "Qarabağ" hər oyunda qələbə əzmi ilə mübarizə aparır. Bu qələbələrdə pay sahibi olmaq mənə həmişə qürur verib. İndi də ürəyimə damıb ki, "Streymur"un qapısından qol keçirəcəyəm. Farer adaları təmsilçisini məğlub etdikdən sonra bütün diqqətimizi "Brügge" ilə qarşılaşmalara yönəldəcəyik".
Millimizin üzvü bu mərhələni də keçəcəklərinə inandığını bildirib: "Səfərdən sərfəli nəticə ilə dönmüşük. İnanıram ki, doğma meydançada qələbə qazanıb, adımızı növbəti mərhələyə yazdıracağıq. Amma bunun üçün çox çalışmaq lazımdır. Çünki rəqibimiz "Streymur" futbol oynamağı sözün əsl mənasında bacarır".
Nadirov gələn il də "Qarabağ"ın heyətində avrokuboklarda mübarizə aparmaq arzusunu gizlətməyib: "Komanda ilə qüvvədə olan müqaviləm var. İstəyirəm ki, gələn il də Avrokuboklarda bu komanda ilə birgə mübarizə aparım".

0
0