“Kəpəz” çempionata qatılmır, Premyer Liqada 11 klub mübarizə apara bilər
20.07.2011 - 17:23
“Kəpəz” çempionata qatılmır, Premyer Liqada 11 klub mübarizə apara bilər
Maliyyə problemi ilə üzləşən “Kəpəz” Premyer Liqaya qatılmaqdan imtina edir. Apasport.az saytının xəbərinə görə, Gəncə təmsilçisi çox güman növbəti milli çempionatda mübarizə aparmayacaq.

Buna səbəb isə komandanın sponsor tapa bilməməyidir. Yaxın günlərədək bu problem həll olunmasa, iyulun 22-də atılacaq növbəti çempionatın püşkatma mərasimində “Kəpəz” olmayacaq.

Gəncəlilərin imtinasından sonra Premyer Liqada 11 klubun mübarizə aparacağı gözlənilir.