Mirça Rednik: İnanıram ki, növbəti mərhələyə keçən biz olacağıq
20.07.2011 - 17:47
“Artıq “Makkabi”ni yaxşı tanıyırıq. İlk oyundan sonra rəqibin bacarığını və zəif nöqtələrini bilirik”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycanı Avroliqada təmsil edən “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik bu gün Lənkəranda keçirdiyi mətbuat konfransında deyib.
II təsnifat mərhələsində Təl-Əvivdə “Makkabi”yə 1:3 hesabı ilə uduzan Lənkəran təmsilçisi sabah öz meydanında cavab görüşünə çıxacaq.
Rumıniyalı mütəxəssis “Makkabi” ilə cavab oyunu öncəsi heç bir problemlərinin olmadığını bildirib: “Artıq 1 aydır bir yerdəyik. Biz təlim-məşq toplanışına başlayanda futbolçularımızın sayı çox az – cəmi 8 nəfər idi. Ancaq bu, sonradan 20-yə çatdı və “Makkabi” ilə ilk oyuna bu futbolçularla hazırlaşdıq. Səfər oyununun ilk hissəsindən sonra taktikada səhv etdiyimi başa düşdüm. Artıq fasilədən sonra “Makkabi”yə qarşı necə oynamaq lazım olduğunu anladım və bu zaman daha yaxşı oynadıq. Hakim də bizə qarşı ədalətsiz oldu, rəqib qapısına penalti təyin etmədi. İlk görüşdə çox üzücü qollar buraxdıq. Belə deyək ki, bunu rəqibə hədiyyə etdik. Öz səhvlərimiz üzərində çalışıb, rəqibin bunu etməyini gözləyəcəyik”.
Rednik qol vurmağın vacibliyini söyləyib: “Makkabi”nin heyətində bəstəboy, bizdə isə ucaboylu futbolçuların olması standart vəziyyətlərdə üstünlüyümüzdür. Ancaq bu, ümumi qələbəmiz üçün yetməyə bilər. Ona görə yalnız standart vəziyyətlərə bel bağlamayacağıq. Biz növbəti mərhələyə keçmək istəyiriksə, 2 qol vurmalıyıq. Bununla yanaşı, qol buraxmamağımız vacibdir. Cavab görüşünə start heyəti müəyyənləşdirmişəm. Onu dəqiq deyə bilərəm ki, İsraildəki oyunla müqayisədə 2 dəyişiklik olacaq”.
Rəqibin güclü olmasını qeyd edən Rednik azarkeşləri qələbə sevindirməyə çalışacaqlarını deyib: “Şanslar haqda danışmaq çətindir. Ancaq bu, var və sona kimi mübarizə aparacağıq. Əsas məsələ futbolçularımızın qələbəyə inamıdır. Azarkeşlərimizin bizə inandığına yüz faiz əminəm. Onu da yaxşı bilirəm ki, oyunda anşlaq olacaq və bu, əlavə üstünlüyümüzdür. Ancaq realist olmaq lazımdır. “Makkabi” çox güclü komandadır. Ancaq onu məğlub edib, növbəti mərhələyə keçmək olar. Azarkeşlərimizin dəstəyi altında ilk dəqiqələrdən hücuma atılıb, qalib gəlməyə çalışacağıq. İnanıram ki, növbəti mərhələ keçən biz olacağıq”.
Avrokuboklarda mübarizəni dayandıran komandalarımızın - AZAL-ın baş məşqçisi Nazim Süleymanov Belarusun “Minsk” klubu ilə səfər oyunundan dərhal sonra mətbuat konfransında istefa verdi, “Neftçi”nin çalışdırıcısı Arif Əsədovu Zaqreb “Dinamo”su ilə Bakıdakı görüşdə azarkeşlər istefaya çağırdılar: “Bu, məşqçi həyatıdır. Biz nəticəyə cavabdehik. Mən hər şeyə hazıram və qarşımda böyük vəzifələr durur”.

0
0