“Brügge” ilə oyunun biletləri 35 avroya
21.07.2011 - 09:41
“Brügge” ilə oyunun biletləri 35 avroya
Avropa Liqasının III təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubunun potensial r’qibi olan Belçika “Brügge”si ev matçının biletlərinin qiymətini müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, iyulun 28-sə “Qarabağ” – “Streymur” (Farer adaları) cütünün qalibini qəbul edəcək belçikalıların oyununa biletlər kifayət qədər baha olacaq. Matçın keçiriləcəyi Yan Breydel stadionunun şimal və cənub tribunlarının aşağı hissələri 15, yuxarı hissələri, həmçinin şərqi və qərbi tribunaların aşağı hissəsinə bilet 20 avro olacaq. Şərqi tribunalarda yuxarı yerlər 30, qərbi yuxarıda isə 35 avro dəyərində müəyyənləşib. Bundan başqa ilk oyunun başlama saatı da məlumdur. Belçikadakı görüş Bakı avxtı ilə saat 23:30-da başlayacaq.

Qeyd edək ki, “Brügge”nin rəqibi bu gün Bakıda keçiriləcək qarşılaşmada müəyyənləşəcək. Farer adalarında hərəyə 1 qol vuran “Qarabağ”la “Streymur” III təsnifat mərhələsinə vəsiqə üçün mübarizə aparacaq.