“Azərbaycan yığması bizi cəmi 3 saata darmadağın etdi”
21.07.2011 - 10:47
“Azərbaycan yığması bizi cəmi 3 saata darmadağın etdi”
“Biz ağ fiqurlarla oynaya bilmədik. Lakin adama elə gəlirdi ki, narahatçılığa əsas yoxdur”. Apasport.az saytının məlumatına görə, bunu şahmat üzrə Rusiya milli komandasının kapitanı Yevgeni Bareyev deyib.

O, Çinin Ninbo şəhərində təşkil olunan dünya çempionatında Azərbaycan milli komandasına 1:3 hesablı məğlubiyyətə münasibət bildirib: “Həm Aleksandr Qrişuk II lövhədə, həm də Peter Svidler IV lövhədə tanış olan bərabər vəziyyətlə qarşılaşdı. Lakin hadisələr yenidən heç də biz planlaşdırdığımız kimi cərəyan etdi. Qrişuk tez-tez uzunmüddətli fikrə gedirdi, ən güclü gedişlərdən vaz keçirdi. Bu gedişlər heç-heçəyə aparırdı. Oyunun sonuna yaxın isə kobud səhvə yol verdi. Sonradan seytnot başladı və görüş bitdi. Matçı xilas etmək Svidlerin əlində idi. Lakin ermənilərlə görüşdə baş verənləri təkrar etmək alınmadı. Əksinə, Peter həyəcanlandı və oyunun “ipini” tamamilə əlindən buraxdı. Əvvəlcə bütün fiqurlarını şah cinahından çəkdi, sonra öz şahının piyada müdafiəsini zəiflətdi və nəhayət, asan taktiki zərbə üçün əsas yaratdı. Bizi cəmi 3 saat ərzində darmadağın etdilər”.

Qeyd edək ki, Rusiya dünya çempionatında ilk məğlubiyyətini məhz Azərbaycan yığmasından alıb.