Premyer Liqa səviyyəsini gündən-günə itirir
21.07.2011 - 11:02
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü çempionatlarının siyahısını dərc edib. Apasport.az saytının məlumatına görə, 2011-ci il yanvarın 1-dən iyulun 15-dək olan müddəti əhatə edən reytinq siyahısında 122 ölkənin birinciliyi yer alıb.
Hesabında 652 xal olan İspaniya Primerası planetin ən yaxşı çempionatı sayılır. Argentina birinciliyi 534, Braziliya isə 511 xalla ilk “üçlüy”ə düşə bilib.
Ölkənin ən yaxşı klublarının hesabına müəyyənləşən reytinq siyahısında Azərbaycan Premyer Liqası da yer alıb. İFFHS-in cədvəlində 108-ci olan çempionatımız yalnız 90 xala malikdir. Premyer Liqamızın belə aşağı mövqedə yer alması “Qarabağ” istisna olmaqla, digər klublarımızın zəif çıxışı ilə bağlıdır. Hər halda, reytinqə daha çox xal gətirən qitə kuboklarında məhz ağdamlılar daha uğurlu çıxış edir.
Digər - ən yaxşı təmsilçilərimizin bərbad çıxışı isə Premyer Liqanın nüfuzuna və mövqeyinə təsir edir. Ötən ilin yekun siyahısında 241 xalla dünyanın 86-cısı olan çempionatımızın indi 22 pillə aşağıda olması da məhz bu amillə bağlıdır. İndiki vəziyyətdə isə Uqanda, Burkina-Faso və Nikaraqua çempionatları da bizimlə müqayisədə daha yüksək yerlərdədir.
Qeyd edək ki, İFFHS-in klub reytinqi komandaların dünya çempionatı, qitə kubokları və daxili arenadakı nəticələrinə əsasən hesablanır.

yer | Milli çempionat | xal |
|---|---|---|
1. | İspaniya | 652,0 |
2. | Argentina | 534,0 |
3. | Braziliya | 511,0 |
4. | İngiltərə | 509,0 |
5. | İtaliya | 443,0 |
6. | Portuqaliya | 429,5 |
7. | Paraqvay | 411,5 |
8. | Kolumbiya | 395,0 |
9. | Çili | 381,5 |
10. | Fransa | 379,0 |
11. | Almaniya | 355,0 |
12. | Meksika | 337,0 |
13. | Cənubi Koreya | 325,5 |
14. | Ekvador | 310,5 |
15. | Hollandiya | 310,0 |
16. | Rusiya | 302,5 |
17. | Şotlandiya | 296,0 |
18. | Uruqvay | 291,0 |
19. | Yaponiya | 272,0 |
20. | Səudiyyə Ərəbistanı | 265,0 |
21. | Nigeriya | 263,0 |
22. | İran | 260,0 |
23. | Yunanıstan | 258,0 |
24. | Əlcəzair | 255,5 |
25. | Türkiyə | 246,5 |
26. | Mərakeş | 246,0 |
27. | İsveçrə | 238,0 |
28. | Belçika | 232,0 |
29. | Misir | 230,0 |
30. | Ukrayna | 224,5 |
31. | Şimali İrlandiya | 222,0 |
32. | Malayziya | 218,0 |
33. | İsrail | 210,5 |
34. | Özbəkistan | 210,0 |
35. | Vyetnam | 207,0 |
36. | İndoneziya | 206,5 |
37. | Çin | 202,0 |
Qətər | 202,0 | |
39. | Küveyt | 199,5 |
40. | Tailand | 197,0 |
41. | İsveç | 196,5 |
42. | Çexiya | 195,0 |
Macarıstan | 195,0 | |
44. | Kamerun | 193,0 |
Sinqapur | 193,0 | |
46. | Peru | 192,5 |
47. | Kipr | 191,0 |
48. | Rumıniya | 186,0 |
49. | Gürcüstan | 185,0 |
50. | Tunis | 182,0 |
51. | BƏƏ | 179,5 |
52. | ABŞ | 179,0 |
53. | Norveç | 178,5 |
54. | Boliviya | 175,0 |
Finlandiya | 175,0 | |
CAR | 175,0 | |
Venesuela | 175,0 | |
58. | Séneqal | 174,5 |
59. | Latviya | 174,0 |
60. | Belarus | 173,0 |
İrlandiya | 173,0 | |
Mali | 173,0 | |
Serbiya | 173,0 | |
64. | Sloveniya | 172,0 |
65. | Albaniya | 169,5 |
66. | Makedoniya | 166,0 |
67. | Estoniya | 165,0 |
68. | Polşa | 163,0 |
69. | Livan | 162,0 |
70. | Anqola | 161,0 |
71. | Avstraliya | 160,5 |
72. | Avstriya | 159,0 |
73. | Moldova | 158,0 |
74. | Danimarka | 156,0 |
Hindistan | 156,0 | |
76. | Honqkonq | 155,5 |
77. | İraq | 154,5 |
78. | Litva | 152,0 |
79. | Kosta-Rika | 151,0 |
80. | Qana | 147,0 |
Qvatemala | 147,0 | |
İordaniya | 147,0 | |
83. | İslandiya | 146,0 |
84. | Sudan | 144,0 |
85. | Bolqarıstan | 143,0 |
86. | Xorvatiya | 142,0 |
87. | Sloveniya | 140,0 |
88. | Zambiya | 132,0 |
89. | Konqo DR | 126,0 |
90. | Suriya | 125,5 |
91. | Oman | 124,0 |
92. | Zimbabve | 118,0 |
93. | Qazaxıstan | 117,5 |
94. | Ermənistan | 114,0 |
95. | Salvador | 111,0 |
96. | Honduras | 108,0 |
97. | Yəmən | 105,0 |
Panama | 105,0 | |
99. | Uels | 103,5 |
100. | Malta | 102,0 |
Tanzaniya | 102,0 | |
102. | Lüksemburq | 101,0 |
Nikaraqua | 101,0 | |
104. | Burkina-Faso | 100,5 |
105. | Efiopiya | 98,0 |
106. | Kot d’İvuar | 96,0 |
107. | Uqanda | 92,0 |
108. | AZƏRBAYCAN | 90,0 |
109. | Mozambik | 87,0 |
110. | Yeni Zelandiya | 86,0 |
111. | Çernoqoriya | 80,5 |
112. | Bosniya və Herseqovina | 79,0 |
113. | Keniya | 76,0 |
114. | Svazilend | 75,5 |
115. | Yamayka | 73,5 |
116. | Bəhreyn | 73,0 |
117. | Botsvana | 71,5 |
118. | Tacikistan | 62,5 |
Türkmənistan | 62,5 | |
120. | Namibiya | 62,0 |
121. | Qambiya | 61,0 |
122. | Surinam | 60,5 |
0
0