Qurbanov ən yaxşı seçildi
21.07.2011 - 11:16
Qurbanov ən yaxşı seçildi
Rusiya çempionatının II divizionunda növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının sabiq futbolçusu Emin Ağayevin baş məşqçisi olduğu “Daqdizel” Cənub zonasının 13-cü turunun matçına çıxıb.

Kaspiysk təmsilçisi öz meydanında Stavropol “Dinamo”su ilə görüşüb. Qonaqların 75-ci dəqiqədə vurduğu qol matçda yeganə olub və Ağayevin komandası növbəti məğlubiyyətlə barışıb. Milli komandamızın digər sabiq futbolçusu – dağıstanlı Əhməd Qurbanov oyunun 2 ən yaxşısından biri seçilib.

Qeyd edək ki, bu məğlubiyyətdən sonra 13 oyuna 12 xal toplayan “Daqdizel” turnir cədvəlinin sonuncu pilləsinə yuvarlanıb. Ağayevin komandası 18 komanda arasında 18-ci yerdədir.