Yerko Leko: “Neftçi”nin qapıçısı mənə tüpürdü
21.07.2011 - 13:00
Yerko Leko: “Neftçi”nin qapıçısı mənə tüpürdü
Xorvatiyanın “Dinamo” klubunun futbolçuları Çempionlar Liqasının II təsnifat mərhələsinin “Neftçi” ilə Bakıdakı oyununda baş verənlərdən narazı qalıb. Apasport.az saytının məlumatına görə, bərbad oyunu ilə özünü rüsvay edən “Neftçi”nin üzvləri meydanda zəif olmaqlarının əvəzini soyunub-geyinmə otağında çıxmağa çalışıblar.

Zaqreblilərin təcrübəli futbolçusu Yerko Leko isə hadisələrin qurbanı olduğunu Xorvatiya mətbuatına açıqlayıb: “Oyundan sonra “Neftçi”nin qapıçısı Saşa Stamenkoviç bizi təhqir etməyə başladı. Üstümüzə çığırıb sonra mənə tüpürdü. Məni təxribata çəkmək istəyirdi. Nə eləməli idim ki? Mən də qarşılığında tüpürsəydim ikinci sarı vərəqmi alıb növbəti matçı buraxmalı olacağam. Mən ona yalnız dedim ki, Avropanı görməyəcəklər. Bir az sakitləşsin”.

Digər xorvat futbolçu İvan Krstanoviç də baş verənləri təsdiqləyərək Saşanın tək olmadığını bildirib. O deyib ki, Slavko Georgiyevski də onlara qarşı pis rəftar edib.