Bahodir Nasimov “Neftçi”dən ayrılır
21.07.2011 - 13:28
"Neftçi" klubunun futbolçusu Bahodir Nasimov Özbəkistan milli komandasına dəvət olunub. Apasport.az saytının məlumatına görə, 2010/11 mövsümündə Azərbaycan Premyer Liqasının ikinci ən yaxşı bombardiri olan, lakin neçə aylardır qol vurmayan hücumçu dünya çempionatının seçmə mərhələsinin Qırğızıstan yığması ilə keçiriləcək qarşılaşmaların hazırlığında iştirak edəcək. İlk oyun iyulun 23-də, cavab matçı isə bundan 5 gün sonra baş tutacaq.
Əslində, hücumçu yığmanın düşərgəsində iyulun 18-də olmalı idi. Lakin "Neftçi" iyulun 19-da UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə qarşılaşıb. Buna görə də "Neftçi" və Özbəkistan Futbol Federasiyasının rəhbərliyi arasında danışıqlardan sonra Nasimovun milli komandanın düşərgəsinə bir qədər gec qatılması barədə razılıq əldə olunub. Bu səbəbdən də Bahodir “Neftçi”dən ayrılaraq vətəninə gedəcək.
Mənbə: neftchifc.com

0
0