Çempionlar Liqasından sonra zəruri olan əməliyyat
21.07.2011 - 13:51
"Neftçi"nin yarımmüdafiəçisi Rodriqinyo əməliyyat olunacaq. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Zaqreb "Dinamo"su ilə cavab oyununun artıq 6-cı dəqiqəsində meydançanı tərk etmək məcburiyyətində qalan braziliyalı həkimlərin müayinəsindən keçib. Nəticədə yarımmüdafiəçinin zədəsinin ciddi olduğu və əməliyyata ehtiyac duyulduğu müəyyənləşib. Buna görə də Rodriqinyo əməliyyat olunmaq üçün iyulun 22-də Braziliyaya yollanacaq. Onun 6 ay yaşıl meydançalardan uzaq qalacağı bildirilir.
Qeyd edək ki, Rodriqinyonun zədələndiyi matçda komandası bərbad oyun göstərərək 0:0 hesablı heç-heçə ilə kifayətlənib.
Qeyd edək ki, Rodriqinyonun zədələndiyi matçda komandası bərbad oyun göstərərək 0:0 hesablı heç-heçə ilə kifayətlənib.
0
0