“Qarabağ”dan 100 faizlik nəticə: 1 zərbə - 1 qol!
29.07.2011 - 15:50
“Qarabağ”dan 100 faizlik nəticə: 1 zərbə - 1 qol!
UEFA-nın rəsmi saytı Avropa Liqasının III təsnifat mərhələsinin oyunlarının statistik göstəricilərini açıqlayıb. Apasport.az-ın məlumatına görə, “Brügge” ilə Belçikadakı matçda 1:4 hesablı məğlubiyyətə üzülən “Qarabağ” rəqibindən aşkar zəif olub.

Çərçivəyə zərbələrdəki 9:1 nisbəti də bundan xəbər verir. Lakin burda 1 məqam diqqət çəkir ki, belçikalıların qapıçısı top qaytara bilməyib. Təmsilçimizin 1 dəqiq zərbəsi 1 qolla nəticələnib. Bu da 100 faizlik nəticədir.

Ümumilikdə, rəqib 18, bizimkilər isə 7 dəfə zərbə endiriblər. Komandamızın oyundankənar vəziyyətə düşməməyi də futbolçularımızın hücum yox, müdafiəyə meylli olmasından xəbər verir.

Brügge

 

Qarabağ

4

Qollar

1

9

Çərçivəyə zərbələr

1

9

Qeyri-dəqiq zərbələr

6

5

Künc zərbələri

2

1

Oyundan kənar vəziyyət

0

8

Qayda pozuntuları

7

1

Sarı vərəqələr

1

0

Qırmızı vərəqələr

0