“Barselona”nın sabiq prezidenti 6 illik həbs cəzası aldı
29.07.2011 - 13:39
“Barselona”nın sabiq prezidenti 6 illik həbs cəzası aldı
“Barselona”nın sabiq prezidenti Xosep Luis Nunyes 6 illik həbs cəzası alıb. Apasport.az saytının məlumatına görə, Nunyes haqda məhkəmə belə sərt qərar çıxarıb. Eyni aqibətlə onun oğlu da üzləşib. Bunlar isə onunla bağlıdır ki, Nunyesin rəhbərlik etdiyi inşaat firması rüşvətxorluqda və sənədlərin saxtalaşdırılmağında günahlandırılıb.

Qeyd edək ki, bu məsələ ilə 14 nəfər müttəhimlər kürsüsündə oturub. Həbs olunan şəxslərinin hamısının vəkilləri məhkəmənin qərarı ilə bağlı şikayət etmək fikrindədirlər.