Bir saat gec
29.07.2011 - 15:13
17 yaşadək qızlardan ibarət Azərbaycan və Moldova yığmaları arasında 2-ci oyunun vaxtı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, iyulun 30-da “Dalğa Arena”da keçiriləcək yoldaşlıq oyununun başlanma saatında dəyişiklik edilib. Qarşılaşma, əvvəlcədən xəbər verildiyi kimi, saat 19:00-da deyil, 1 saat gec - 20:00-da başlayacaq.
0
0