“Neftçi”dən imtina
29.07.2011 - 23:02
"Neftçi" veteranları Rusiyanın Soçi şəhərində təşkil olunan turnirə qatılmaqdan imtina edib. Apasport.az saytının məlumatına görə, Rusiya veteranları "Neftçi"yə bu barədə dəvət göndərsələr də, komandamız buna ciddi münasibət göstərməyib.
Çünki turnirin təşkilatçıları dəvətli komandaların xərclərini ödəmək istəməyib. Odur ki, dəvətlilərdən çoxu iştirakı lazım bilməyib.
"Neftçi" isə SSRİ veteranlarını Azərbaycana dəvət edərkən bütün ehtiyaclarını qarşılayıb, hətta pul mükafatı da təsis edib. Veteranlar klubunun kapitanı Oqtay Abdullayevin sözlərinə görə, növbəti belə dəvət payızda reallaşa bilər: "Bizim yaxşı heyətimiz var. Məşqlərimizi də intensiv şəkildə davam etdiririk. İstilərə baxmayaraq, həftədə 3 dəfə hazırlaşırıq. Planlarımız çoxdur. Dəvətlər adətən mühüm günlərə təsadüf edir. İnşallah, payızda belə bir oyunu nəzərdə tutmuşuq".
Qeyd edək ki, veteranların heyətində Vəli Qasımov, Nazim Süleymanov, İsgəndər Cavadov kimi tanınmış oyunçular da çıxış edirlər.

0
0