“Çempionat başlayanadək yeni futbolçu ilə müqavilə imzalayacağıq”
29.07.2011 - 23:05
“Qapıçı ilə bağlı baş məşqçi yekun qərarını verməyib”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun baş meneceri Zaur Əzizov deyib.
Londonda təlim-məşq toplanışı zamanı baş məşqçi Toni Adams yoldaşlıq oyunları keçirməklə yanaşı, heyəti də komplektləşdirməyə çalışırdı. Hazırlıq müddətində “Qəbələ”nin düşərgəsində baxışda olan futbolçulardan heç biri ilə müqavilə imzalanmayıb.
İngiltərəli mütəxəssisin yalnız qapıçı Qrem Smiti sərəncamında görmə ehtimalı yox deyil: “Yaxın günlərdə ehtiyac olsa, Smitlə müqavilə imzalaya bilərik. Ona görə də lazımı sənədləri götürmüşük”.
Qapıçı ilə bərabər özünü sınayan və Adamsın etimadını qazanmayan braziliyalı yarımmüdafiəçi Leonardo isə bəyənilməyib: “Onun çıxışı baş məşqçini qane etmədiyindən, futbolçunu geri göndərdik”.
Klub rəsmisi mövsümün startına qədər “Qəbələ”də yeni futbolçunun peyda olacağını da gizlətmədi: “Çempionat başlayana qədər yeni futbolçu ilə müqavilə imzalayacağıq. Hazırda həmin oyunçu ilə danışıqlar aparılır. Hücumameylli futbolçudur. 1-2 gün səbr etmək lazımdır”.

0
0