“Rednik bizə dedi ki, komandadan ayrılıram”
29.07.2011 - 23:07
“Baş məşqçi hələlik komandanın bazasına gəlməyib. İndi komandaya istirahət verilib. Buna görə biz də Bakıya gedirik. İki gündən sonra yenidən məşq edəcəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Alim Qurbanov deyib.
Son vaxtlar gözlənilməz qərarları ilə diqqət mərkəzində olan “Xəzər Lənkəran” rəhbərliyi nəhayət istəyinə çatıb. Belə ki, əvvəlcə istefaya göndəriləcəyi gözlənilən Mirça Redniki sonradan klub rəhbərliyi komandada saxlamaq istəsə də, bu dəfə rumıniyalı mütəxəssis razılıq verməyib.
Nəhayət məsələ öz həllini tapıb: “Rednik dünən Lənkərana gələrək əşyalarını götürdü və komandadan ayrıldığını dilə gətirdi. Ancaq axşam saatlarında klub prezidenti ilə görüşdən sonra qərarını dəyişib və komandada qaldığını bildirib”.
“Makkabi” məğlubiyyətinin futbolçularda psixoloji gərginlik yaratdığını deyən Qurbanov son olayların da bir qədər təsir etdiyini açıqlayıb: “Hamıya pis təsir etdi. Heç kim komandanın dağılacağını gözləmirdi. “Makkabi” səddini keçə bilməməyimiz onsuz da bizə çox pis təsir göstərmişdi. Uşaqlarda psixoloji gərginlik var idi. Yəqin bu uğursuzluq Mübariz müəllimi də əsəbiləşdirmişdi. İndi hər şey qaydasına düşüb. Premyer Liqaya hazırlaşmalıyıq”.
Azarkeşlərin komandadan bir qədər küskün olduğunu dilə gətirən yarımmüdafiəçi bunun səbəbinin “Makkabi” yenilgisi ilə bağlı olduğunu deyib: “İndi münasibətləri yaxşıdır. Mərhələ adlamadığımıza görə, bir qədər incikdilər. Çünki həm səfərdə, həm də Lənkərandakı oyunda qol vura bilərdik. Komandanın dağılması xəbəri isə azarkeşləri daha çox üzüb”.

0
0