Arif Əsədovun istefası rəsmiləşdi: Gələcək baş məşqçiyə uğurlar arzulayıram
29.07.2011 - 18:00
Çempionlar Liqasında Zaqreb "Dinamo"su ilə görüşlərdəki uğursuzluqdan sonra "Neftçi"nin baş məşqçisi Arif Əsədov bir neçə gün əvvəl istefa ərizəsi ilə klub prezidentinə müraciət edib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, komandanın prezidenti Sadıq Sadıqov istefa ərizəsini qəbul etməyərək, baş məşqçiyə düşünməyi məsləhət görüb.
Arif Əsədov Çempionlar Liqasındakı uğursuzluqdan sonra komandadakı psixoloji gərginlik, "Neftçi"nin daha böyük zəfərlər qazanmasına layiq olduğunu və bir qədər də dincəlmək istədiyini bildirərək, istefa ərizəsinin qəbul olunmasını xahiş edib. Müzakirələrdən sonra Arif Əsədovun istefa ərizəsi qəbul olunub.
Əsədov bununla bağlı fikirlərini bildirib: "İlk növbədə mənə etibar edib, komandaya baş məşqçi təyin etdiyinə görə "Neftçi"nin prezidenti Sadıq Sadıqov başda olmaqla, klub rəhbərliyinə minnətdarlığımı bildirirəm. İl yarım müddətdə "Neftçi" üçün çalışdıq, əlimizdən gələni etdik və 6 ildən sonra çempionluğu yaşadıq. "Neftçi"yə gələcək yarışlarda uğurlar arzulayıram. Yeni baş məşqçi çempionluqla yanaşı, Çempionlar Liqasında uğurlu çıxışı, bu turnirin qrup mərhələsinə düşmək haqqında düşünməlidir. Komandaya gələcək baş məşqçiyə də uğurlar arzulayıram".

0
0