Zəiflik əlaməti
29.07.2011 - 23:00
“Neftçi”nin baş məşqçisi Arif Əsədovun istefası rəsmiləşdi. Əslində, gənc çalışdırıcı postundan uzaqlaşdırılması ilə bağlı qərarın verilməsinin qarşısını alıb. O, vəzifəsindən rəsmən qovulacağını bildiyi üçün klub prezidenti Sadıq Sadıqovu qabaqlamağa qərar verib. Bu üzdən də “könüllü” istefa ərizəsini yazıb.
Hərçənd, Əsədov Çempionlar Liqasının II təsnifat mərhələsində Zaqreb “Dinamo”su ilə bərbad oyundan sonra postundan ikiəlli yapışmışdı. On minlərlə “Neftçi” fanatının Zaqrebdəki bərbad oyun üzündən gəlmədiyi, gələn minlərlə azarkeşin “istefa” sədalarını istehza ilə qarşılayan Əsədov baş məşqçi postundan öz xoşu ilə getmək istəmirdi.
Onun “istefa vermək zəiflik əlamətidir” deməklə, yüzlərlə həmkarını zəif adlandırması da heç kimin yadından çıxmayıb. Əsədov AZAL-dan layiqli, mərhələ keçmədiyi üçün ayrılan Nazim Süleymanovdan fərqli, qovulma anını gözləmək qərarına gəlmişdi.
Qovulmağın zəiflik əlamətindən pis olduğunu görən gənc məşqçi məcburiyyətdən bu zəiflik əlamətini göstərib. Lakin onsuz da hamı bunun qovulmağa bərabər olduğunu bilir. Əgər klub prezidenti deyirsə ki, “baş məşqçinin istefası gündəmdədir, qərarı sabah verəcəyik”, deməli Sadıq müəllim Əsədova qarşı böyük humanistlik göstərir.
Yəni, ona qovulanadək istefa vermək, zəiflik göstərmək imkanı yaradıb.
Əslində, “Neftçi”yə gələnədək peşəkarlarla iş təcrübəsi olmayan, gənclər və əvəzedicilərlə işləyən, ən yaxşı halda peşəkar komandada köməkçi olan çalışdırıcı “Neftçi”də çox şey öyrəndi. Artıq bilir ki, rişxənd etdiyi zəiflik əlaməti olan baş məşqçilərdən də biri özüdür. Axı istefa verməyən baş məşqçi tapmaq çox müşkül məsələdir.
Həm də ki, “Xəzər Lənkəran” kimi prinsipial rəqibi 8 matçda udmayan baş məşqçi gərək çempion olub istefa verəydi, qalib kimi. Ya da minlərlə azarkeşin istefa sədalarından sonra gedəydi. Məgər ondan əvvəl “Neftçi”ni çalışdıranlar – Qurban Qurbanov, Vaqif Sadıqov, Böyükağa Ağayev, Ağasəlim Mircavadov, Anatoli Demyanenko istefa verməmişdi?
Məgər onlar Əsədovdan zəif idi? Lakin artıq Əsədov da onlarla bir sırada durur. İstefa verənlər cərgəsində isə Kapello, Mourinyo kimi dahilər də var: “Neftçi”nin sabiq baş məşqçisinin yalnız televizordan görə bildiyi zəif əlamətli mütəxəssislər...
KAMRAN

0
0