Arifə bir işarə
30.07.2011 - 10:30
Çempionlar Liqasındakı uğursuzluğun bədəlini kimsə ödəməli idi. "Neftçi" rəhbərliyi çox düşünüb-daşındıqdan sonra nəhayət ki, "günah keçisi"ni barmaqla göstərməyə qərar verdi. Dünən öyrəndik ki, "ağ-qaralar" yeni mövsümə Arif Əsədovla başlamayacaqlar.
Əslində, "Neftçi"nin prezidenti Sadıq Sadıqovun baş məşqçi dəyişikliyinə gedəcəyi gözlənilən idi. Lakin nədənsə bunu olduqca gec, yeni mövsümün başlamasına bir həftə qalmış etdi. Halbuki, vaxt az olduğundan bir az əldən iti olmaq lazım idi.
Artıq olan oldu. İndi hamını bir sual düşündürür: Əsədov istefaya göndərilməli idimi? Və burada fikirlər haçalanır. Məsələn, bəziləri avrokubokda nəticə verə bilməyən məşqçinin getməli olduğunu düşündüyündən Arif bəyin qovulmasını düzgün sayır.
Amma bu məqamla razılaşmayanlar da kifayət qədərdi. Bəli, komandanın çıxışına görə bir nömrəli cavabdeh baş məşqçidi. Amma nəzərə alaq ki, yaradılan şəraitin, xərclənən pulların müqabilində nəticə tələb etmək lazımdı. Axı, "Neftçi" rəhbərliyi komanda ÇL-də mərhələ adlasın deyə nə etdi ki, xəbərimiz olmadı? Olmaya 3-5 sanballı futbolçu aldılar? Zəif heyətlə avrokubokda uğur qazanmaq mümkündümü?
Məsələnin bu tərəfi aydındı, bəylər. "Neftçi" rəhbərliyi beynəlxalq arenada uğur qazanmaq üçün heç nə etmədiyi kimi Əsədovdan da nəsə tələb edə bilməz. Amma təəssüf ki, ixtiyar sahibi rəhbərlik olduğundan kimi istəsə, günahkar çıxartmaqda sərbəstdi. Belə olan təqdirdə Sadıq bəy çıxıb deyəsi deyil ki, bağışlayın, hər şey mənim səhvimdən belə alındı...
Əsədov debüt mövsümündəcə 6 il çempionluğa həsrət qalan bir komandaya qızıl medal qazandıran baş məşqçi kimi tarixə düşdü. Düzdü, zaman-zaman "Neftçi" rəhbərliyi hakimlərin köməyi ilə komandanı çempion etdi, Ariflik bir iş olmadı", deyənlər də tapıldı. Lakin belə söhbətlər həmişə olub, olacaq da. Fakt budu ki, Əsədov bataqlıqda çırpınan bir kollektivi zirvəyə daşımağı bacardı. Di gəl ki, ona "Neftçi"də işləməyə cəmi bir il imkan verdilər.
Əslində, Arif bəy "Neftçi"nin "sükanı arxasında" heç bir il də oturmaya bilərdi. Çünki futbol təsərrüfatımızı yönəldən insanlar ölkənin ən tanınmış klubuna adlı-sanlı əcnəbi mütəxəssisin rəhbərlik etməsini istəyirlər. Daha doğrusu, tələb edirlər. Amma buna rəğmən, Sadıqov bir il Əsədovun arxasında durdu. Lakin komanda avrokubokda uğursuzluqla üzləşincə, prezidentin başqa çıxış yolu qalmadı.
ŞAMO

0
0