Badri Kvaratsxeliya onu Azərbaycana gətirən baş məşqçi ilə görüşdü
30.07.2011 - 13:51
Millimizin sabiq futbolçusu Badri Kvaratsxeliya Azərbaycana gəlib. Apasport.az saytının Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, 3 qat ölkə çempionumuz olan 46 yaşlı gürcü mütəxəssis 1-ci “Jalə” Beynəlxalq Futbol Turnirinin iştirakçısıdır.
Kvaratsxeliyanın baş məşqçisi olduğu Sxinvali “Spartak”ı bu gün Qəbələdə startı verilən yarışda “Kəpəz”ə 2:3 hesabı ilə uduzaraq, qalib olmaq şansını itirib. İndi Gürcüstan təmsilçisi sabah keçiriləcək 3-cü yer uğrunda oyunda rəqibini gözləyir. Bu, saat 18:00-da startı veriləcək “Qəbələ”nin Gürcüstanın “Dila” klubu ilə oyununda müəyyənləşəcək ki, uduzan tərəf sabah səhər “Spartak”la görüşəcək.
Kvaratsxeliyanı yenən komanda və baş məşqçisi ona çox yaxşı tanışdır. Axı “Kəpəz” gürcünün ölkəmizdə ilk komandası olub və onu 1998-ci ildə gətirən Mehman Allahverdiyev indi də Gəncə təmsilçisinin baş məşqçisidir.
Badrinin həm “Kəpəz”, “Şəmkir”, həm də millimizdə komanda yoldaşı olduğu Vidadi Rzayev Allahverdiyevin köməkçisi, Azər Məmmədov “Kəpəz”in kapitanıdır. Badri Gəncə klubunda keçirdiyi 1 mövsümdə məhsuldar oyun göstərərək, həm çempionatımızın bombardiri oldu, həm də “Kəpəz”ı çempionluğa daşıdı.
Keçmiş hücumçu 1999-cu ildə “Şəmkir”ə keçdi və sonrakı 2 çempionluğunu orada qazandı. Kvaratsxeliya karyerasını elə bu komandada - 39 yaşında bitirdi və bundan sonra ölkəmizə dönüşü məşqçi kimi oldu. Belə ki, o, həmyerlisi Kaxaber Sxadadze “Standard”ı çalışdırarkən köməkçisi, onun gedişindən sonra qısa müddət komandanın baş məşqçisi oldu. Badri 2008/09 mövsümümün sonuna yaxın “Standard”la yollarını ayıraraq, ölkəmizi tərk etdi.
Qeyd edək ki, “Şəmkir”in heyətində Çempionlar Liqasında 4 qol vuran Badri avrokubok tariximizdə bombardirlər yarışında liderlər qrupunda yer alır. Çempionatımızda ən çox qol vuran legioner olan Kvaratsxeliya 2001-ci milliləşdirilərək, yığmamıza cəlb edildi və orada 3 oyun keçirdi.
Mehman SÜLEYMANOV
QƏBƏLƏ

0
0