“Qəbələ” Gürcüstan rekordçusunu sınağa çəkəcək
30.07.2011 - 14:39
“Qəbələ” klubunun təşkilatçısı olduğu 1-ci “Jalə” Beynəlxalq Futbol Turnirində ilk rəqibi ölkəsinin rekordçularındandır. Apasport.az saytının Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, Qorinin “Dila” klubu Gürcüstan çempionatının yüksək liqasında ən çox oyun keçirənlərdəndir. “Dila” bu göstəricidə 3-cü olaraq, Tiflis “Dinamo”su ilə Kutaisi “Torpedo”sundan geri qalır.
1949-cu ildə təmsil etdiyi şəhərdə yaradılan “Dila” Gürcüstan 20 il öncə müstəqilliyini əldə etdikdən sonra mütəmadi olaraq yüksək liqada çıxış edib. Komandamın tarixində ən yüksək nəticə 2004-cü ildə çempionatı 6-cı yerdə başa vurmasıdır. “Dila” 2008-ci ildə maliyyə problemlərinə görə çıxışını I liqada davam etdirməyə məcbur olub. Ötən mövsüm orada 3-cü yeri tutan Qori təmsilçisi yenidən yüksək liqada oynamaq hüququ qazanıb. Komanda ev oyunlarını 5000 azarkeş tutumuna malik Tengiz Burcanadze adına stadionda keçirir.
Qeyd edək ki, bu gün saat 18:00-da başlayacaq “Qəbələ” – “Dila” oyunu finala 2-ci vəsiqənin sahibini müəyyənləşdirəcək. İlk vəsiqəni qazanan Gürcüstanın digər təmsilçisi – Sxinvali “Spartak”ını 3:2 hesabı ilə yenən “Kəpəz” oldu.
Mehman SÜLEYMANOV
QƏBƏLƏ

0
0