Millinin sabiq futbolçusu totalizatorda “ilişdi”
16.10.2011 - 10:10
Moldova milli komandasının sabiq futbolçusu Viktor Komlyonok çıxış etdiyi “İskra-Stal” klubundan qovulub. Apasport.az saytının məlumatına görə, buna səbəb onun totalizatora pul qoyuluşu etməsidir. Viktorla müqaviləni pozan klubdan verilən rəsmi bəyanatda futbolçunun daxili nizam-intizam qaydalarına zidd olaraq mərc oyunlarında, o cümlədən totalizatorda iştirakı qeyd olunub.
Qeyd edək ki, yığmada 20 oyun keçirən 32 yaşlı yarımmüdafiəçi karyerası ərzində Rusiya, Ukrayna ilə yanaşı Azərbaycanda da legioner həyatı yaşayıb. O, 2008/09 mövsümündə “Qəbələ”nin heyətində Azərbaycan Premyer Liqasında 10 oyun keçirib 1 qol vurub.

0
0