Yığmamızın futbolçusundan zəif oyun
16.10.2011 - 11:00
Azərbaycan milli komandasının futbolçusu Amit Quluzadənin şərəfini qoruduğu Türkiyənin "Kayseri Erciyesspor"un heyətində ən əzif oyunlarından birini keçirib. Apasport.az saytının məlumatına görə, Bank Asya liqasında növbəti görüşünə çıxan həmyerlimiz Kayseri təmsilçisinin doğma meydanda "Çaykur Rizespor"u 4:0 hesabı ilə udduğu matçda zəif təsir bağışlayıb.
Amit start heyətində meydana çıxaraq 79-cu dəqiqədə əvəzləndiyi görüşdə Türkiyə mətbuatından 5 qiyməti alıb. Bu isə start heyətində meydana çıxan futbolçular arasında ən aşağı qiymətdir. Yalnız meydana sonradan daxil olanlar Amitdən zəif olublar.

0
0