Premyer Liqada baş hakimə bir dəstə gül verdilər
16.10.2011 - 12:37
Premyer Liqada baş hakimə bir dəstə gül verdilər
Ukrayna Premyer Liqasının son turu maraqlı hadisə ilə yadda qalıb. Apasport.az saytının məlumatına görə, “Şaxtyor”un rumıniyalı baş məşqçisi Mirça Luçesku “Tavriya” ilə görüşdən sonra maraqlı jest edib.

Belə ki, məşhur mütəxəssis oyunun qadın hakimi Ntaşa Raçinskayaya yaxınlaşaraq ona bir dəstə gül bağışlayıb. Referi gözlənilməz hədiyyədən əvvəl şoka düşsə də, sonradan qızılgülləri qəbul edib.