100-cü heç-heçə
16.10.2011 - 13:22
100-cü heç-heçə
Premyer Liqanın IX turu “Turan” üçün yubileylə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Tovuz təmsilçisi ölkə çempionatları tarixində 100-cü dəfə heç-heçə edib.

Bütün çempionatların iştirakçısı olan qərblilər AZAL-la 0:0 başa çatan oyuna kimi 99 dəfə meydandan 1 xalla ayrılmışdılar. Onlar bu yubiley heç-heçəsini 529-cu matçda gerçəkləşdirdi.

mövsüm oyun Heç-heçə
1992 36 4
1993 20 6
1993/94 30 4
1994/95 24 2
1995/96 30 3
1996/97 30 7
1997/98 26 4
1998/99 32 9
1999/2000 22 5
2000/01 20 3
2001/02 24 5
2003/04 26 4
2004/05 34 7
2005/06 26 5
2006/07 24 5
2007/08 26 6
2008/09 26 5
2009/10 32 9
2010/11 32 6
2011/12 9 1
Cəmi 529 100

Qeyd edək ki, “Turan”a qədər yalnız 2 klub Azərbaycan çempionatında 100-dən artıq heç-heçə etmişdi. Bunlar bütün çempionatların iştirakçısı olmuş “Qarabağ” və “Neftçi”dir.

klub oyun Heç-heçə
Qarabağ (Ağdam) 532 122
Neftçi (Bakı) 532 120
Turan (Tovuz) 529 100