Bernhard Raab: Bir səhv qolla nəticələndi
16.10.2011 - 17:25
“Rəqibin gücünə bələd idik, buna uyğun hazırlaşmışdıq”. Apasport.az sayrının məlumatına görə, bu sözləri “Sumqayıt Şəhər” klubunun baş məşqçisi Bernhard Raab deyib.
Almaniyalı mütəxəssis Azərbaycan Premyer Liqasının IX turunun “Bakı” ilə oyunu haqda fikirlərini açıqlayıb: “Oyunun əvvəlində qapıçımızın qırmızı vərəqə alaraq meydandan qovulması oyunumuza təsirini göstərdi. İlk hissədə qol buraxmasaq da, ikinci hissədə bir səhvimiz qapımızda qolla nəticələndi. Qalan vaxt ərzində yaratdığımız qol imkanlarından isə istifadə edə bilmədik”.
Qeyd edək ki, Premyer Liqada qələbə qazana bilməyən “Sumqayıt Şəhər” “Bakı”ya 0:1 hesabı ilə uduzub.
Mənbə: pfl.az

0
0