Kaxaber Sxadadze “Neftçi”ni təriflədi
16.10.2011 - 17:54
Kaxaber Sxadadze “Neftçi”ni təriflədi
“Oyundan əvvəl bizi çətin qarşılaşma gözlədiyini bilirdik. “Neftçi” son zamanlar baxımlı oyun nümayiş etdirir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.

Gürcüstanlı mütəxəssis Azərbaycan Premyer Liqasının IX turunun “Neftçi” ilə görüşündən sonra keçirilən mətbuat konfransında qarşılaşma haqda fikirlərini açıqlayıb:
Onların bir neçə fərdi ustalığı yüksək olan oyunçusu var. Elə buna görə də oyunun əvvəlində biz bir qədər qapandıq. Əlimizə düşən qol imkanlarından yararlanmağa çalışırdıq. Hesabda önə keçdikdən sonra rəqibin hücumları daha da artdı. Biz müdafiədən hücuma çıxmaqda çətinlik çəkirdik. Bunun üzərində işləyəcəyik. Futbolçularımı qələbə münasibətilə təbrik edirəm. “Neftçi”yə gələcək oyunlarda uğurlar arzulayıram”.

Qeyd edək ki, “İnter” paytaxt derbisində 1:0 hesabı ilə qalib gəlib.