Vurmayana vurarlar
16.10.2011 - 19:14
“Bu oyunda üç xal qazanmaq istəyirdik. Futbolçularım sona qədər mübarizə apardı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
39 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasının IX turunun “Rəvan”la qarşılaşmasındakı 1:1 hesablı heç-heçə haqda fikirlərini açıqlayıb: “Oyunun tempi çox yüksək idi. Demək olar ki, qarşılaşmanın sonuna kimi temp aşağı düşmədi. Xırda səhvlərimiz oldu. Son saniyələrdə diqqətsizlik qapımıza qol vurulmasına gətirib çıxardı. Ümumilikdə oyundan xoşum gəldi, qol epizodları çox oldu. “Vurmayana vurarlar” prinsipi ilə “Rəvan” qapımıza qol vurdu. “Rəvan” klubu çox yaxşı formalaşdırılıb. Bu oyunu unudub gələcək oyunlara hazırlaşacağıq”.

0
0