Rednik Foqtsa cavab verdi: Futbolçular millidən artıq çəki ilə qayıdırlar
16.10.2011 - 19:20
“Bu oyunda qalib gəlməliydik. Bunu bacardıq. Vurduğumuz qoldan sonra futbolçulara nə oldu, özüm də bilmirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik deyib.
Rumıniyalı mütəxəssis Premyer Liqanın IX turunun “Simurq”la oyunu haqda fikirlərini bildirib. Rednik 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra yığma üzvlərinin durumundan da şikayətlənib: “Qoldan sonra komandanın oyunundan narazı qaldım. Berti Foqts bir çox hallarda klubların baş məşqçilərindən narazılıq edir. Lakin, futbolçular millinin düşərgəsindən artıq çəki ilə qayıdırlar. Bu cür fasilələrdən sonra keçirilən oyunlarda futbolçularım yaxşı oyun göstərmir. Qələbə qazandığımız üçün futbolçularımı təbrik edirəm”.

0
0