Sergey Yuran: Mən onlardan daha çoxunu gözləyirdim
16.10.2011 - 19:23
Sergey Yuran: Mən onlardan daha çoxunu gözləyirdim
“Bu oyunda iki real qol imkanından istifadə edə bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Simurq” klubunun baş məşqçisi Sergey Yuran deyib.

Rusiyalı mütəxəssis Azərbaycan Premyer Liqasının IX turunun nəticəsindən narazı qalıb. O, komandasının “Xəzər Lənkəran”la səfər matçındakı 0:1 hesablı məğlubiyyətini dəyərləndirib: “Sonradan meydana daxil olan üç futbolçumuz oyunun gedişini dəyişdi, daha sərbəst oynadıq. Lakin, mən onlardan daha çoxunu gözləyirdim. ”Xəzər Lənkəran”ı qələbə münasibəti ilə təbrik edirəm. Onlara gələcək oyunlarda uğurlar arzu edirəm.”