Ağayevin komandasından 4-cü darmadağın
17.10.2011 - 08:45
Ağayevin komandasından 4-cü darmadağın
Rusiya çempionatının II divizionunda növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının sabiq futbolçusu Emin Ağayevin baş məşqçisi olduğu “Daqdizel” klubu Cənub zonasında 24-cü matçına çıxıb. Kaspiysk təmsilçisi turnir cədvəlinin digər ortababı “Mitos”u qəbul edib.

Həmyerlimizin komandası uğurlu seriyasını davam etdirərək rəqibini darmadağın edib – 3:0. İyulun 20-də evdə Stavropol “Dinamo”suna 0:1 hesablı məğlubiyyətdən sonra ardıcıl 11 matçdır yenilməyən “Daqdizel” bu seriya müddətində 8-ci qələbəsini qazanıb.

Mövsümdə 4-cü dəfə böyük hesabla qalib gələn kaspysklilər xal hesabını 39-a çatdırıb. Hazırda 6-cı olan Ağayevin komandası artıq 3-cü yerdən cəmi 3 xal geri qalır.