Yığmamız italiyalılara uduzdu
17.10.2011 - 09:28
Azərbaycan milli komandası (U-17) yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Veronada təlim-məşq toplanışında olan Təbriz Həsənovun yetirmələri İtaliyanın “Breşiya” klubunun U-19 komandası ilə qarşılaşıb. Görüş 2:1 hesabı ilə İtaliya təmsilçisinin xeyrinə başa çatıb. Yığmamızın heyətində Ruslan Nəsirli fərqlənib.
0
0