Leonardo Roşa Azərbaycan rekordunu təkrarladı
17.10.2011 - 09:36
“Qarabağ”ın futbolçusu Leonardo Roşa da Silva Azərbaycan rekordunu təkrarlayıb. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın IX turunun “Rəvan”la oyununda Ağdam təmsilçisindəki qol hesabını açan braziliyalı legioner çempionatımızda 4 klubun heyətində fərqlənən 2-ci əcnəbi olub.
Bunadək “Standard”, “İnter” və “Bakı” üçün qol vuran yarımmüdafiəçi moldovalı Anatoli Doroşa çatıb. Belə ki, Doroş AZAL, “MKT-Araz”, “Karvan” və “Standard”da (Sumqayıt) fərqlənib.
Bu 2 futbolçunu 3 klubumuzda qol vuran 15 legioner izləyir. Milliləşənlər də daxil olmaqla, buna Fabio Luis Ramim, Leandro Qomeş, Arif Daşdəmirov, Sergey Sokolov, Tagim Novruzov, Junivan Suares, Branimir Subaşiç, Mario Souza, Georgi Adamiya, İrakli Beraya, Kaxaber Cebisaşvili, Qoqa Beraya, Viktor İqbekoyi, Əliyar İsmayılov, Anhel Qutyerres nail olub.

0
0