“Barselona”nı dayandıran tapıldı
17.10.2011 - 09:56
“Barselona”nı dayandıran tapıldı
Futzal üzrə UEFA kubokunun elit raundunda Azərbaycan çempionu “Araz”ın əsas rəqibi olan İspaniya “Barselona”sının uğurlu seriyasına son qoyulub. Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisi ölkə çempionatının 7-ci turunda büdrəyib. Ardıcıl 6 qələbə ilə mövsümə əla başlayan barselonalılar ən yazın izləyicisi “El Pozo” ilə matçda heç-heçə ilə kifayətlənib – 5:5.

Qeyd edək ki, 7 oyundan sonra hesabında 19 xal olan barselonalılar İspaniya çempionatının vahid lideridir.