Həsən “Çikarito”nu arxada qoydu
17.10.2011 - 10:23
Həsən “Çikarito”nu arxada qoydu
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) cari ildə ən məhsuldar oyunçuların siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 2 həftə əvvəlki siyahı ilə müqayisədə cədvəldə ciddi dəyişikliklər qeydə alınıb. Belə ki, milli və qitə kuboklarında ən azı 6 qol vuran 88 nəfərlik sıralamanın lideri dəyişib.

Küveyt yığmasında 10, İordaniyanın “Əl-Vəhdət” klubunda isə 6 dəfə fərqlənən Həsən Əbdel Fəttah Həsən Mahmoud artıq 1-ci yerə yüksəlib. O, meksikalı Xavyer Ernandeslə (“Mançester Yunayted”) və kolumbiyalı Radomir Falkaonun (“Atletiko”) şərikli liderliyinə son qoyub.

Lakin artıq Falkao da şərikindən ayrılıb. Millidə 4, klubunda 11 dəfə fərqlənən cənubi amerikalı “Çikarito” ləqəbli Xavyeri 1 qol üstələyir. Sonuncu millisinin heyətində 11, klubda avrokubokda 3 qol vurub.

Qeyd edək ki, Azərbaycan futbolçularından heç biri 6 qol vurmadığından siyahıda bizimkilər yer almayıb.