100-cü üzüntü
17.10.2011 - 10:48
100-cü üzüntü
“Rəvan”ın futbolçusu Miloş Zeçeviçin Azərbaycan Premyer Liqasının IX turunun “Qarabağ”la oyununda vurduğu qol Ağdam təmsilçisi üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, qonaqlar Qurban Qurbanovun rəhbərliyi altında 100-cü dəfə qapısından qol buraxıb.

“Qarabağ” Qurbanovun rəhbərliyi altında keçirdiyi əvvəlki 126 matçda qapısında 99 qol görmüşdü. Bunlardan 75-i Premyer Liqa, 4-ü Azərbaycan kuboku, 20-si isə Avroliqaya təsadüf etmişdi. Zeçeviçin qolu isə bu “99”u tamamlayıb 100-ə çatdırdı.

Qeyd edək ki, 100-cü üzüntüdən öncə Qurbanov əməkdar məşqçi adı təltif olunub.