520 gün sonra qayıdış, yaxud atanın intizarına oğul son qoydu
17.10.2011 - 11:54
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu 520 gündən sonra Azərbaycan çempionatının oyununu qəbul etdi. Apasport.az saytının məlumatına görə, Premyer Liqada axırıncı dəfə də bu arenada matç “Neftçi”nin iştirakı ilə olmuşdu.
Söhbət 2009/10 mövsümünün son turunda “Qarabağ”la ev oyunundan gedir. 2010-cu ilin mayın 15-də keçirilən həmin görüşdə qolsuz bərabərlik edən bakılılar 17 ay sonra qayıdışda “İnter”ə uduzdu – 0:1.
Bununla, “Neftçi”nin çempionatda “bankirlər”lə görüşlərdə məğlubiyyətsiz seriyası da qırıldı. Belə ki, “İnter” son 6 oyunda həmşəhərlilərinə qalib gələ bilmirdi. Bura ötən mövsüm hər 4 və 2009/10 mövsümünün “altılığ”ındakı 2 matç aiddir.
“İnter” “Neftçi”yə ötən ilin fevralın 21-də “Şəfa” stadionunda 1:0 hesabı ilə qalib gəlmişdi. Həmin mövsüm “İnter”i çempionu edən baş məşqçi Kaxaber Sxadadze rəqibini Premyer Liqada daha yenə bilməmiş və bu, onun yeganə qələbəsi idi. Uzun müddətlik həsrətə onun oğlu son qoydu.
Belə ki, Bakıxanovdakı görüşün taleyini “İnter”in gürcü hücumçusu Baçana Sxadadzenin vurduğu yeganə qol həll etdi. Nəticədə oğul həm komandada qol hesabını açdı, həm də atasının intizarına son qoydu.
Qeyd edək ki, “Neftçi”nin ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionu uzun müddətə təmirə bağlandığından, klub öz balansında olan Bakıxanovdakı arenasından bir müddət istifadə edəcək.
Mehman SÜLEYMANOV

0
0