“Qarabağ”dan təşəkkür kimi bəyanat
17.10.2011 - 12:12
Premyer Liqanın IX turu çərçivəsində “Rəvan”la oyundan sonra “Qarabağ” bəyanat yayıb. Apasport.az-ın xəbərinə görə, Ağdam təmsilçisinin rəsmi saytı vasitəsilə yayılan məlumatda bildirilir ki, görüşdə xoşagəlməz hal yaşanıb. Oyunun son dəqiqələrində ev sahiblərinin futbolçusu nalayiq hərəkətlə “Qarabağ” tərəfdarlarını məyus edib.
Ağdam klubunun rəhbərliyi dərhal “Rəvan”a müraciət ediblər ki, Reis Klaudineinin hərəkəti ilə bağlı ölçü götürülsün. Qarşı tərəf məsələyə həssaslıqla yanaşaraq, baş verənlərlə bağlı təəssüflərini ifadə edib və ən qısa zamanda ölçü götürəcəklərinə söz veriblər.
Bəyanatın sonunda “Qarabağ” “Rəvan” rəhbərliyinə məsələyə göstərdiyi həssas münasibətə görə təşəkkürünü bildirib.

0
0