Millimiz “Union Berlin”lə oyuna hansı formada çıxacaq?
03.11.2011 - 00:01
Millimiz “Union Berlin”lə oyuna hansı formada çıxacaq?
Azərbaycan millisi noyabrın 15-də Almaniyanın “Union Berlin” klubu ilə yoldaşlıq görüşünə fərqli formada çıxacaq. Apasport.az saytının məlumatına görə, futbolçularımız II Bundesliqa təmsilçisi ilə Bakı vaxtilə saat 21:30-da başlayacaq oyuna məşq formasında çıxacaqlar.

Yığmanın klubla görüşünün nəticəsi sayılmadığından, bu, qeyri-rəsmi matç sayılır. Bu üzdən millimizin üzvlərinin əvvəl olduğu kimi, məşq geyimlərində oynamağı daha məqsədəuyğun sayılıb.

Qeyd edək ki, Berti Foqtsun baş məşqçisi olduğu yığmamız bu ilin fevralında Dubaydakı təlim-məşq toplanışında Ukraynanın “Metallist” klubu (0:1) ilə yoldaşlıq görüşünə də məşq formasında çıxmışdı.
0